Modern.az

Qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

Qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

Aktual

8 Mart 2024, 15:06

Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

Əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

 

Faktlarla bağlı araşdırmalar davan etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?