"Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən ikisim - Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.
Modern.az xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib. Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
F.İsmayılov və E.Abbasov sərbəst buraxılıblar.
Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər.