Modern.az

Toyda mübahisə edən gənc evdə özünü bıçaqladı 

Toyda mübahisə edən gənc evdə özünü bıçaqladı 

Hadisə

9 Mart 2024, 08:55

Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.

 

Modern.az-ın məlumatına görə, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Əjdər Elşad oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

İlkin məlumata görə, Ə. Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU