Modern.az

Cəbrayılda ağır qəza - 3 ölü, 3 yaralı

Cəbrayılda ağır qəza - 3 ölü, 3 yaralı

Hadisə

9 Mart 2024, 16:40

Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və şəxsiyyəti hələ ki, bilinməyən digər bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU