Modern.az

Maşın işıq dirəyinə çırpıldı - 4 yaralı

Maşın işıq dirəyinə çırpıldı - 4 yaralı

Hadisə

10 Mart 2024, 00:27

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 4 nəfər - Tərtər rayon sakinləri 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu,1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU