Modern.az

Sumqayıtda 5 nəfər dəm qazından ZƏHƏRLƏNİB

Sumqayıtda 5 nəfər dəm qazından ZƏHƏRLƏNİB

11 Mart 2024, 08:18

Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

 

Onlar “Betonzavod” adlanan ərazisində fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Hacı Zeynalabdin qəsəbəsində yaşayan, 4-cü mikrorayonda yaşayan 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızıdır

 

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU