Modern.az

Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

11 Mart 2024, 09:00

Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

 

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

 

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

 

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU