Modern.az

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı

Aktual

11 Mart 2024, 09:52

9-10 mart tarixlərində ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?