Modern.az

Hökumətin KİV Fonduna ayrıcağı pulun miqdarı məlum oldu

Hökumətin KİV Fonduna ayrıcağı pulun miqdarı məlum oldu

Qarabağ

14 Oktyabr 2013, 15:43

Modern.az saytı Azərbaycan Respublikasinın 2014-cü il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.

Məlum olub ki, 2014-cü ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə  Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 906 min 832 manat vəsait ayrılması nəzərdə tutulub.

Müqayisə üçün bildirək ki, 2013-cü ilin büdcəsində 3 milyon 896 min 800 manat vəsait nəzərdə tutulmüşdü.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu