Modern.az

Nazirliyin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edəcək

Nazirliyin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edəcək

Aktual

11 Mart 2024, 08:54

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli martın 28-də, saat 10:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-610-16-52; 051-698-38-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?