Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində qətl hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, Əhmədli Səbuhi Arif oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə martın 9-da baş verib.
"Baku.ws" saytında hadisə anının anbaan videosu yayımlanıb. Qeyd olunub ki, sözügedən şəxs ürəyindən bıçaqlanıb.
Həmin görüntüləri təqdim edirik: