Modern.az

Ruslan Əliyev işdən ÇIXARILDI

Ruslan Əliyev işdən ÇIXARILDI

Ölkə

11 Mart 2024, 12:28

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi müavin Azər Məmmədova həvalə edilib.

 

Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. A. Məmmədov isə 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.

 

“Azəriqaz” İstehsalat Birliyindən mətbuata verilən açıqlamada məlumat təsdiq edilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu