Modern.az

"Qarabağ"ın oyununa getmək istəyənlərin nəzərinə!

İdman

11 Mart 2024, 22:24

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

 

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

 

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi