Modern.az

1news.az-ın 17 yaşı tamam olub

1news.az-ın 17 yaşı tamam olub

Media

12 Mart 2024, 09:00

Bu gün 1news.az informasiya agentliyinin yaranmasından 17 il ötür.

2007-ci ildə fəaliyyətə başlayan 1news.az xəbər agentliyi Azərbaycanda və Cənubi Qafqaz regionunda populyar xəbər mənbələrindən biridir.

Redaksiyanın məlumatına görə, təkcə Facebook sosial şəbəkəsində 1news.az-ın təxminən 1.400.000 aktiv istifadəçi var.

Sayt iki dildə - rus və Azərbaycan dillərində yerli və qlobal problemlər haqqında ən mühüm məlumatları çatdırmaq üçün çalışır.

Oxucular 1news.az saytında təkcə xəbərlər deyil, həm də analitik materiallar, müsahibələr və şərhlər, video və fotoşəkillər tapa bilərlər.

Saytın Facebook, Instagram, Telegram, WhatsApp səhifələri mövcuddur.

Modern.az həmkarları təbrik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur