Modern.az

"Təhsil Nazirliyi məktəb tikintisinin xərclərini şişirdir"

"Təhsil Nazirliyi məktəb tikintisinin xərclərini şişirdir"

28 Aprel 2010, 15:04

Bu gün Azad İqtisadiyyata Yardım İctimai Birliyi  məktəb layihələrinə ayrılmış dövlət investisyalararının monitorinq üzrə yekun hesabatını açıqlayıb. Monitorinqlər əsasən Quba, Xaçmaz, Bərdə və Tərtərin 20 məktəbində aparılıb.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bildirib ki, diqqəti çəkən məqam son 5 il ərzində məktəb tikintisinin 58 dəfə bahalaşmasıdır.

“Məsələn 2004-cü ildə tikilən 1 məktəb üzrə orta investisya qoyuluşu 35,6 min manat, 2008-ci ildə isə 1383,9 min manat təşkil edib. Ancaq bu bahalaşmanın məktəblərin keyfiyyətində və imkanlarında nə dərəcədə özünü göstərdiyini birmənalı söyləmək mümkün deyil. Bu prosesdə  daha çox son illərdəki yüksək inflyasiya prosesindən sui-istifadə  edərək məktəb tikintisi lahiyələrinin smeta qiymətlərinin artırılması özünü qabarıq şəkildə göstərir”.

Zöhrab İsmayıl qeyd edib ki, təhsil ocaqlarının reginal mənzərəsində ciddi dəyişikliklər baş verib.

“Son 5 il ərzində  Azərbaycanda ən  çox məktəbin tikildiyi dövr 2005-ci ilə təsadüf edir.

2000-ci illərin əvvəlindən başlayaraq ölkədə  məktəb tikintisi vüsət alsa da, 2004-2009-cu illər ərzində Azərbaycanda təhsil ocaqlarının ümumi sayı 4553-dən 4550-yə düşüb. Həmçinin təhsil ocaqlarının  regional  mənzərəsində cidi dəyişikliklər baş verib. Daha dəqiq desək, son 6 ildə şəhərlərdəki təhsil  müəssisələrinin sayı artığı halda, kəndlərdəki təhsil müəssisələrin sayı azalıb. Eyni zamanda, bu müddət ərzində ölkə şagirdlərin sayı 11,8% azalıb. Belə görünür ki, bir tərəfdən məktəb tikintisininin genişlənməkdə olduğu Azərbaycanda,  o biri tərəfdən  məktəblərin sıradan çıxması vüsət alıb. Məktəblərin təmirinə ayrılmış ümumi vəsait 57,4 milyon təşkil edib.  Dövlət büdcəsindən investisya xərcləri üzrə Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrə ayrılmış vəsaitləri nəzərdən keçirdəndə məbləğlərin şişirdilməsi ilə bağlı çoxsaylı faktlara rast gəlmək olar”.

 Z.İsmayıl vurğulayıb ki, Azərbaycanda vahid məktəb standartları yoxdur.

“Bu standartların formalaşması istiqamətində iş getmir. Bunun nəticədir ki, yeni tikilmiş məktəblər həm dizaynına, həm imkanlarına və təchizatına, həm də smeta dəyərinə görə çox fərqlənirlər. Məktəblərin tikintisi və təmiri üzrə podratçılar müəyyən edilərkən çox halda qanunverciliyin tələblərinə zidd olaraq tender keçirilmir. Tender keçirildiyi halda isə bu formal xarakter daşıyır. Bir sıra layihələr üzrə məktəblər tikilib istifadəyə veriləndən  az müddət keçəndən sonra divarlarda və döşəmələrdə çatlar əmələ gəlib. Binaların fasadları korlanmağa başlayıb, ya da damı uçub. Təhsil Nazirliyi məktəb tikintisi və təmiri layihələri üzrə ayrıca hesabat açıqlamır”. Təhminə Paşayeva

 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi