Modern.az

"Qarabağ"la oyun öncəsi "Bayer"də ciddi itkilər

İdman

13 Mart 2024, 13:32

Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 3 futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır.

 

Qeyd edək ki, sabah "BayArena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi