Bakı şəhərində velosiped zolağlarının çəkilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mikromobillik vasitələri üçün infrastrukturun yaradılması layihəsinin növbəti mərhələsidir və artıq Dənizkənarı Bulvar ərazisində də icra olunur.
Modern.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin Mətbuat katibi Əfsanə Mehdiyeva oxu.az-a açıqlamasında deyib.
O bildirib ki, bu Dənizkənarı Bulvar ərazisinə gələn şəxslərin istirahətini daha da səmərəli edəcək:
"Bulvarda istər piyadalar, istəsə də velosiped, skuter həvəskarları daha səmərəli zaman keçirə biləcəklər. Bütün məqamlar müvafiq qaydada tənzimlənəcək".