Modern.az

Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

14 Mart 2024, 13:22

"Biz Orta Dəhlizin tam gücü ilə çalışması üçün çalışırıq".

 

Modern.az xəbər verir ki, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev deyib ki, hazırda beynəlxalq təşkilatlar öhdəliklərini yerinə yetirməməsinin şahidiyik.

 

“Dünya COVID-19-un vurduğu təsirin qarşısını tam ala bilməyib. Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrildiyini görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu