Modern.az

Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Mingəçevirdə keçirəcək

Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Mingəçevirdə keçirəcək

Təhsil

17 Oktyabr 2013, 09:45
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə oktyabrın 18-də respublikanın Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən Modern.az-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək.
Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq. Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU