Modern.az

Milli Məclisin növbəti iclası oktyabrın 22-də keçiriləcək

Milli Məclisin növbəti iclası oktyabrın 22-də keçiriləcək

Parlament

17 Oktyabr 2013, 11:20


Milli Məclisin növbəti iclasının vaxtı məlum olub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, parlamentin növbəti iclası oktyabrın 22-də keçiriləcək.

“İclasın gündəliyinə 31 məsələ daxildir. Bura Bakı Apelyasiya Məhkəməsinin hakiminin təyin edilməsi, Bakı, Gəncə və Şirvan Apelyasiya məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi haqqında layihələr, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin təsdiq eilməsi haqqında qanun layihəsi, Azərbaycan höküməti ilə Gürcüstan Höküməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması, azaldılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi, Azərbaycan höküməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən çərçivə sazişin təsdiq eilməsi barədə qanun layihəsi daxildir. Bundan başqa iclasda bir çox qanunlara dəyişiklər ediləcək. Həmin qanunlar Vergi Məcəlləsi, Dövlət rüsumu, Mülki Məcəllə, “Bədən tərbiyəsi və idman haqqında”, “Təbii inhisarlar haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlardır”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...