Modern.az

Hava yenidən pisləşəcək, dolu və qar yağacaq - Xəbərdarlıq

Hava yenidən pisləşəcək, dolu və qar yağacaq - Xəbərdarlıq

Ölkə

14 Mart 2024, 15:56

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

 

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu