Modern.az

Xaçmazda qəza - Yaralanan var

Xaçmazda qəza - Yaralanan var

14 Mart 2024, 16:00

Xaçmaz şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində “Vaz 2107” markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yolun kənarındakı şam ağaclarına çırpılıb.

 

Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü Cavad İsayev xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu