Modern.az

Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanıldı

Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanıldı

14 Mart 2024, 16:24

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.

 

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Məsimov Emil saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu