Modern.az

Bir ailənin üç üzvü qəzada yaralandı

Bir ailənin üç üzvü qəzada yaralandı

Hadisə

14 Mart 2024, 19:33

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qurumba kəndi ərazisində qeydə alınıb. "VAZ-21015" və VAZ-21011" markalı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları R.N xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu