Modern.az

Hökumət hesabatını mayda təqdim etsin! - TƏKLİF

Hökumət hesabatını mayda təqdim etsin! - TƏKLİF

Parlament

15 Mart 2024, 12:10

Nazirlər Kabinetinin öz fəaliyyəti haqqında hesabatının hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi təklif edilib. 


Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında çıxış edib.

 

“Hesabatının hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi daha məqsədə uyğun ola bilərdi. Bu, həm də hesabatda təqdim edilmiş məlumatların daha dolğun və daha tam olmasına imkan verərdi. Hesabatda dövlət proqramlarının icrası haqqında daha geniş məlumatın verilməsi məqsədə uyğun olardı. Bu həm də deputatların öz dairələrində görülən işlər haqda daha geniş məlumata sahib olmasına, deputat-seçici münasibətlərinin inkişafına səbəb olardı”, - deyə komitə sədri qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu