Modern.az

Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü - FOTO

Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü - FOTO

Aktual

15 Mart 2024, 12:48

Bakıda 76 yaşlı qadın itkin düşüb.

 

Modern.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.

 

Yaxınları bildirib ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.

 

Hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edilib. Hazırda Almaz Daşdəmirovanın tapılması istiqamətində iş davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?