Modern.az

Azərbaycan telekanalları sabahdan yeni TV standartına keçir

Azərbaycan telekanalları sabahdan yeni TV standartına keçir

Media

15 Mart 2024, 13:32

Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

 

Bu barədə Modern.az-a Audiovizual Şuradan məlumat verilib.

 

Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

 

Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur