Modern.az

"Nissan" və "Honda" birgə elektromobil istehsal edəcək

İqtisadiyyat

15 Mart 2024, 16:23

Yaponiya avtomobil istehsalçıları "Nissan" və "Honda" elektrik nəqliyyat vasitələrinin inkişafı və istehsalı və süni intellektin istifadəsi sahəsində strateji tərəfdaşlıqları araşdırmağa başlayacaqlarını əhatə edən anlaşma memorandumunun imzalandığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

 

"Honda" Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısıdır, "Nissan" isə ölkənin aparıcı avtomobil konsernləri siyahısında üçüncü yerdədir.

 

Mütəxəssislərin fikrincə, təkcə Yaponiyada deyil, bütün dünyada rəqabət aparan iki şirkətin tərəfdaşlıq danışıqlarına girməsinin özü də avtomobil istehsalçılarının yanacaq mühərrikli avtomobillərdən elektriklə işləyən avtomobillərə keçidi zamanı xərclərin artdığını hiss etdiklərini göstərir.

 

Şirkətlərin birgə açıqlamasından məlum olduğu kimi, strateji tərəfdaşlıq avtomobil proqram təminatının və elektrik avtomobilləri üçün əsas komponentlərin hazırlanmasına aid olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi