Modern.az

Yük maşını piyadanı vurub öldürdü

Yük maşını piyadanı vurub öldürdü

16 Mart 2024, 08:20

Hacıqabulda yük avtomobili piyadanı vurub. Hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Modern.azxəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vurub.

 

Piyada hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib, şəxsiyyətinin kimliyi hələ dəqiqləşdirilməyib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma apar

ılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU