Modern.az

Xalq artisti 90 yaşında vəfat edib

Xalq artisti 90 yaşında vəfat edib

16 Mart 2024, 09:53

Məşhur sovet aktyoru, rusiya Satira Teatrının prezidenti, Xalq artisti Aleksandr Şirvindt 90 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə TASS-a Satira Teatrının bədii rəhbəri Sergey Qazarov bildirib. O qeyd edib ki, Şirvindt xəstəxanada dünyasını dəyişib.

 

Şirvindt 1934-cü il iyulun 19-da Moskvada anadan olub. Şukin adına Teatr Məktəbini bitirib, 1956-cı ildə Teatrın truppasına qəbul olunub.

1968-ci ildə rəssam Maloy Bronnaya adına Moskva Dram Teatrında işə başlayıb. 1970-ci ildən Satira Teatrının truppasındadır. Teatr İnstitutunda dərs deyirdi.


2000-2021-ci illərdə Satira Teatrının bədii rəhbəri, 2021-ci ildə teatrın prezidenti olub.

Rusiya prezidenti Vladimir Putin Aleksandr Şirvindtin ölümü ilə bağlı başsağlığı verib.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!