Modern.az

Rusiyada prezident seçkiləri: seçici fəallığı 36,5% təşkil edir

Rusiyada prezident seçkiləri: seçici fəallığı 36,5% təşkil edir

Aktual

16 Mart 2024, 11:26

Rusiyada prezident seçkilərində səsvermənin ikinci günü, Moskva vaxtı ilə saat 08:40-da seçici fəallığı 36,5% təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb.


Xatırladaq ki, Rusiyada prezident seçkiləri üçün səsvermə martın 15-də başlayıb və martın 17-də başa çatacaq. Ruslar dörd namizəd arasında seçim etməlidirlər. Ölkə başçısı postu uğrunda Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin mübarizə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu