Modern.az

18 yaşlı gənc qumbara partlayışından ÖLDÜ

18 yaşlı gənc qumbara partlayışından ÖLDÜ

16 Mart 2024, 16:13

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU