Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
Görüşdə Qəzza regionunda baş verən son hadisələr və ikitərəfli əlaqələr nəzərdən keçirilib. Eləcə də, iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb.