Modern.az

Qanunsuz balıq ovlayan şəxs tutuldu 

Qanunsuz balıq ovlayan şəxs tutuldu 

16 Mart 2024, 18:57

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu