Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Babayev Orxan Baba oğlunu cərəyan vurub.
O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.