Modern.az

Şəhid qardaşımın ruhu şaddır - Füzuli sakini

Şəhid qardaşımın ruhu şaddır - Füzuli sakini

Aktual

18 Mart 2024, 08:00

Doğma yurda qayıdışın sevincini yaşayırıq. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Allah Ordumuzu qorusun, qazilərə can sağlığı versin, şəhidlərimizin ruhu şad olsun. Mənim qardaşım İslam Əliyev də Birinci Qarabağ müharibəsində şəhid olub. İnanıram ki, onun ruhu bu gün şaddır.

 

Modern.az xəbər verir ki, bu fikirləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Məleykə Bağırova söyləyib.

 

"Sevinirəm, bu gün övladımla birgə yurduma gedirəm. Artıq orada yaşayacağam. Bundan böyük xoşbəxtlik ola bilərmi? Mən təsəvvür edə bilmirəm", - deyə o vurğulayıb.(Azərtac)

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!