Modern.az

Modern.az-da COP29 bölməsi AÇILDI

Modern.az-da COP29 bölməsi AÇILDI

Media

18 Mart 2024, 17:45

Bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bununla bağlı qərar COP28-in 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizə olan etimadın nəticəsidir. Konfransa 120 ölkənin nümayəndə heyətinin qatılacağı gözlənilir. 10 minlərlə xarici nümayəndənin ölkəmizə gələcəyini nəzərə alsaq, deyə bilərik ki, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Bakı COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində öz töhfəsini verəcək.

Modern.az saytı bu mötəbər tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, özündə COP29 bölməsi yaradıb.

Bölmədə COP29 beynəlxalq konfransına aid xəbərlər, müsahibələr və digər materallar yayımlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var