Modern.az

Təcridxanaya qəndin içərisində narkotik keçirmək istədilər

Təcridxanaya qəndin içərisində narkotik keçirmək istədilər

19 Mart 2024, 18:14

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Modern.az-a verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu