Modern.az

Oruc tutan şəxs mübahisə etməkdən çəkinməlidir

Oruc tutan şəxs mübahisə etməkdən çəkinməlidir

Aktual

20 Mart 2024, 08:25

Oruc tutan şəxs insanlarla mübahisə etməkdən və dalaşmaqdan çəkinməlidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov bildirib.

“Bu anlamda özündə Ramazanla bağlı bir çox mühüm məsələləri ehtiva edən Məhəmməd Peyğəmbərin (s) hədisini diqqətlə oxumağı və əməl etməyi hər kəsə tövsiyə edirəm: "Oruc bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, iki dəfə: "Mən oruc tutmuşam" desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) "O mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir".

Odur ki, çalışaq hər zaman insanlarla mübahisə etməkdən və dalaşmaqdan uzaq olaq. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi qorusun, müstəqilliyimizi daimi və əbədi etsin!”, - C.Məmmədov deyib.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı