Modern.az

Alen Simonyan separatçıların başçısını rədd edib

Alen Simonyan separatçıların başçısını rədd edib

20 Mart 2024, 08:35

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdan qovulmuş separatçıların hazırkı başçılarından olan qondarma “Artsax parlamentinin sədr müavini” Qaqik Baguntsu “vəzifəli şəxs” qismində qəbul etməyib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb. Qeyd olunur ki, hələ ilin sonunda Qaqik Bagunts Alen Simonyana məktub yazaraq ondan bəzi məsələləri müzakirə etmək üçün icazə istəyib. O, bu müzakirələrin Ermənistan və qondarma “Artsax” arasında parlament iclasları kimi təşkil olunmasını xahiş edib. Lakin Alen Simonyan bunu rədd edib, cavab verib ki, bir vətəndaş kimi görüşmək istəsə, qəbul edəcək, amma qondarma “Artsax parlamentinin sədr müavini”  kimi yox.

Məlumatı parlamentin mətbuat katibi Nelli Qulyan da təsdiqləyib: “Bəli, sorğu olub. Alen Simonyan Qaqik Baguntsu “vəzifəli şəxs” kimi qəbul etməkdən imtina edib. Cənab Simonyan istənilən adi vətəndaşı qəbul etməyə hazırdır. Bunun üçün prosedurlar və günlər var”.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu