Modern.az

Türkiyə və Ermənistan elçiləri İrəvanda görüşəcək? - AÇIQLAMA

Türkiyə və Ermənistan elçiləri İrəvanda görüşəcək? - AÇIQLAMA

Ölkə

20 Mart 2024, 12:10

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvanda görüş keçirmək təklifi rədd edilməyib.

Modern.az xəbər verir ki, bu barədə Factor.am-a Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində İərvanın xüsusi nümayəndəsi Ruben Rubinyan digər detalları açıqlamadan bildirib.

O deyib ki, görüşün keçirilməsi ilə bağlı qərar var, lakin görüşün yeri və tarixi hələ müəyyən edilməyib.

Ruben Rubinyan görüşlə bağlı yerin razılaşdırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Antalyada keçirilən forum zamanı Serdar Kılıç İrəvanda xüsusi nümayəndələrin görüşünün keçirilməsini təklif etmişdi.
Ruben Rubinyan dərhal bildirmişdi ki, İrəvan bu təklifə cavab verəcək.

Xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu