Modern.az

Bu günün hava PROQNOZU: yağış, qar...

Bu günün hava PROQNOZU: yağış, qar...

Aktual

21 Mart 2024, 08:20

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.


Bu barədə ETSN Milli Hidrometerologiya Xidmətindən Modern.az-a bildirilib.

Havanın temperaturu gündüz Bakıda və Abşeron yarımadasında 6-11° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 9-14°, dağlarda gündüz 2° şaxtadan 3°-dək olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı