Goranboyda Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində ilaxır-torpaq çərşənbəsi qeyd edilib.
Goranboy rayonunun Tatarlı kəndində ilaxır-torpaq çərşənbəsi bayram tədbiri keçirilib. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sağlığı, bol ruzi və sülh-əmin-amanlıq arzulayıb. Tədbirdə rayonunun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edilib, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib, bayram tonqalı yandırılıb.