Modern.az

Kəndə gedən dağ yolunda uçqun oldu

Kəndə gedən dağ yolunda uçqun oldu

Aktual

20 Mart 2024, 18:54

Ordubad rayonunda yağan güclü yağış nəticəsində Pəzməri kəndinə gedən dağ yolunda uçqun olub. Dağlardan qopan daşlar və torpaq kütləsi yola tökülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Yolun açılması üçün əraziyə Agentliyin əməkdaşları və texnikası cəlb olunub.

 

Qısa müddətdə yol təmizlənib və hərəkət bərpa edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı