Modern.az

DİN-dən virtual "papaqatdı" ilə bağlı AÇIQLAMA

DİN-dən virtual

Aktual

21 Mart 2024, 00:47

Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.

 

“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı