Martın 21-22-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfərlə Şərqi Uruqvay Respublikasında olacaq.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Səfər çərçivəsində Mirzoyan Uruqvayın xarici işlər naziri Ömər Paqanini ilə görüşəcək. Erməni nazirin digər yüksək vəzifəli şəxslərlə görüşləri də nəzərdə tutulub.
Səfər zamanı Ermənistan Respublikasının Uruqvaydakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.