Modern.az

Ceyhun Bayramov Hakan Fidanla görüşdü - TƏFƏRRÜAT

Ceyhun Bayramov Hakan Fidanla görüşdü - TƏFƏRRÜAT

Aktual

21 Mart 2024, 17:05

21 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.


Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
 

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.
 

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

***

Brüsseldə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Məmmədov Türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və çoxşaxəli strateji əməkdaşlıq sahələrini müzakirə edib, regional sülhməramlı səylərə toxunublar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 21-də Belçika Krallığının paytaxtında ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak edir.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı