Modern.az

Bərdədə ağır qəza - Yaralılar var

Bərdədə ağır qəza - Yaralılar var

21 Mart 2024, 19:40

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. 09-BT-866 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobili yol kənarında dayanan 2 avtomobilə çırpılıb və 3 nəfəri vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu