Modern.az

Yevlaxda avtoxuliqan saxlanıldı

Yevlaxda avtoxuliqan saxlanıldı

Aktual

22 Mart 2024, 08:27

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə "VAZ-2106" markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində həmin sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

 

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı