Modern.az

Azərbaycan millisi Qran-pridə çıxış edəcək

Azərbaycan millisi Qran-pridə çıxış edəcək

22 Mart 2024, 10:54

Paraatletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq Qran-pridə çıxış edəcək.

 

Modern.az-ın məlumatına görə, bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.

 

Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.

 

Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI